...

Türkiyədən Qırğızıstana kimyəvi məhsul ixracı artıb

Dünya xəbərləri Materials 5 Dekabr 2024 13:00 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar – noyabr aylarında Türkiyədən Qırğızıstana kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 40,7 faiz artaraq, 81 milyon 813 min 92 dollara çatıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə Qırğızıstana 7 milyon 581 min 92 dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 6,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin kimyəvi məhsul ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq, 28 milyard 147 milyon 342 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 2 milyard 535 milyon 204 min dollar məbləğində kimyəvi məhsul ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 11,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 30 milyard 843 milyon 824 min dollar məbləğində kimyəvi məhsul ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti