...

Cənubi Koreya prezidenti istefa verəcəyini vəd edib

Dünya xəbərləri Materials 7 Dekabr 2024 19:14 (UTC +04:00)
Cənubi Koreya prezidenti istefa verəcəyini vəd edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreya Prezidenti Yun Sok Yol vaxtından əvvəl istefa verəcəyini vəd edib.

Trend xəbər verir ki, bu barədə hakim "Xalqın Gücü" partiyasının lideri Han Donq Hun məlumat verib.

"Prezident Yun, taleyini partiyaya etibar etdiyini bəyan edərək, əslində, erkən istefa vermək öhdəliyini üzərinə götürüb", - deyə Han Donq Hun bildirib. O, prezidentin hakimiyyətdən uzaqlaşdırılmasının vacibliyinə inandığını vurğulasa da, partiya üzvlərinin səsverməni boykot etdiyini qeyd edib.

Qeyd edək ki, ölkənin Milli Assambleyasında Prezident Yun Sok Yola impiçment elan etmək üçün kifayət qədər səs toplamaq mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti