...

Rusiyada vulkan püskürüb

Dünya xəbərləri Materials 9 Dekabr 2024 09:34 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Saxalin vilayətində vulkan püskürməsi qeydə alınıb

Trend Rusiya FHN-ə istinadən xəbər verir ki, Böyük Kuril silsiləsindəki Ebeko vulkanının püskürməsi nəticəsində kül buludu 1,5 kilometr yüksəkliyə qalxıb.

Kül kütləsi 5 kilometr radiusda yayılıb. Vulkanın püskürdüyü ərazidə turistlər olmayıb.

Yaxınlıqda təyyarə marşrutları yoxdur. Bununla belə, vulkanın təkrar püskürmə ehtimalı nəzərə alınaraq aviaşirkətlərə xəbərdarlıq edilib.

Dövlət qurumlarına dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Xəbər lenti

Xəbər lenti