Bakı. Trend:
Türkiyə hər zaman Suriyada sülhün, ədalətin və dialoqun tərəfdarı olub.
Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Kompleksində keçirilən hökumət iclasından sonra deyib.
R.T.Ərdoğan qeyd edib ki, Türkiyə tarixi dəyişən, güclü demokratiyaya, inkişaf edən iqtisadiyyata və beynəlxalq arenada təsir gücünə malik ölkə kimi irəliləyir.
O, həmçinin Türkiyənin Oman Sultanı Heysəm bin Tariqin tarixi səfəri çərçivəsində 10 müqavilənin imzalanmasına diqqət çəkib.
Suriyada baş verən son dəyişikliklərə toxunan R.T.Ərdoğan, 13 illik vətəndaş müharibəsinin yeni mərhələyə keçdiyini və BƏƏS rejiminin süqut etdiyini bildirib. O vurğulayıb ki, Türkiyə hər zaman Suriyada sülhün, ədalətin və dialoqun tərəfdarı olub və Suriyanın ərazi bütövlüyünü müdafiə edib.
“Tarix və coğrafiya bizə öhdəliklərimizi xatırladır. Biz həmişə qonşularımıza yardım etməyə hazır olmuşuq. Suriyadakı dəyişikliklər bütün suriyalılar, xüsusilə də qaçqınlar üçün müsbət nəticələr verəcək,” – deyə, o vurğulayıb.