...

Avstriya Şengen zonasının genişlənməsinə qoyulan vetonu ləğv edib

Dünya xəbərləri Materials 9 Dekabr 2024 22:19 (UTC +04:00)
Avstriya Şengen zonasının genişlənməsinə qoyulan vetonu ləğv edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstriya Rumıniya və Bolqarıstanın Şengen sazişinə tam qoşulmasına razılıq verib.

Trend xəbər verir ki, bu barədə Avstriyanın ORF telekanalına açıqlamasında ölkənin daxili işlər naziri Gerhard Karner məlumat verib.

Nazir bildirib ki, artıq Şengen ərazisi Rumıniya və Bolqarıstan üçün də açıqdır.

Qeyd olunub ki, Avstriya 12 dekabr cümə axşamı Brüsseldə keçiriləcək Avropa İttifaqı Daxili İşlər Nazirləri Şurasında Bolqarıstan və Rumıniyanın Şengen zonasına tam üzv olmasını dəstəkləyəcək.

“Biz mane olmayacağıq. “Şengen torpağı” artıq Rumıniya və Bolqarıstan üçün də açıqdır”, - deyə Karner vurğulayıb.

Xəbər lenti

Xəbər lenti