...

Suriyada əhali siyahıya alınacaq və yeni Konstitusiya hazırlanacaq

Dünya xəbərləri Materials 10 Dekabr 2024 10:58 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Suriyanın yeni hakimiyyəti daxili siyasətə dair genişmiqyaslı islahatları əhatə edən "yol xəritəsi" hazırlamağı planlaşdırır.

Trend Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu yol xəritəsi əhali siyahıyaalınmasını, yeni Konstitusiyanın hazırlanmasını və azad seçkilərin keçirilməsini nəzərdə tutur.

Qəzet yazır ki, müvəqqəti administrasiya qurulduqdan sonra "yol xəritəsi" rəsmən elan ediləcək. Bunun ardınca yeni Konstitusiyanın hazırlanması prosesi başlayacaq, əhali siyahıya alınacaq, şəffaf və azad seçkilər keçiriləcək.

Məlumatda qeyd edilib ki, ölkədə “yeni Suriyanın qurulması dövrü” başlayır. Yeni hakimiyyətin bu addımları ölkədə sabitliyin və inkişafın təmin olunmasına yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti