Bakı. Trend:
Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqına (Aİ) sədrliyinin əsas nailiyyətini Ukraynada sülh danışıqları üçün "açıq qapı"nın yaradılması adlandırıb.
Trend xəbər verir
ki, Orban bu barədə Facebook-da yayımladığı videomüraciətində
danışıb:
“Altı ay əvvəl sülh barədə danışmağa heç kim maraq göstərmirdi,
amma bu gün bu mövzu gündəmdədir. Biz əhəmiyyətli danışıqların
başlanması üçün qapını açdıq. Bu, Macarıstanın Aİ-yə sədrliyinin ən
böyük uğurudur”.
O əlavə edib ki, Aİ ölkələri münaqişəni davam etdirmək əvəzinə, Avropanın müdafiə qabiliyyətini gücləndirməyə və qonşu dövlətlərlə yeni təhlükəsizlik sisteminin yaradılmasına səy göstərməlidir.