...

Rumıniya və Bolqarıstan Şengen zonasının tamhüquqlu üzvü olacaq

Dünya xəbərləri Materials 13 Dekabr 2024 07:10 (UTC +04:00)
Rumıniya və Bolqarıstan Şengen zonasının tamhüquqlu üzvü olacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rumıniya və Bolqarıstan 2025-ci ildən Şengen zonasının tamhüquqlu üzvü olacaq

Trend-in məlumatına görə, xarici mediaya istinadən, Rumıniya və Bolqarıstan 2025-ci il yanvarın 1-dən Şengen zonasının tamhüquqlu üzvləri olacaqlar. Bu qərar Aİ ölkələri nazirləri tərəfindən qəbul edilib. Şengen zonasına qoşulma qərarı, Sofiya və Buxarestin Şengenə qəbul edilməsinin ən böyük əleyhdarı olan Avstriyanın vetosunun ləğv edilməsindən sonra mümkün olub. Aİ Şurasına sədrlik edən Macarıstandan verilən açıqlamaya görə, bu, Bolqarıstan, Rumıniya və bütün Avropa üçün böyük bir qələbədir.

2007-ci ildə Bolqarıstan və Rumıniya Şengen qanunvericiliyini qismən tətbiq edərək hava və dəniz sərhədlərini açmış, lakin quru marşrutlarda hələ də nəzarət saxlanmışdı. Aİ-nin bəzı köhnə üzvləri miqrant axını riski ilə bağlı narahat olduqları üçün buna qarşı çıxırdılar.

Quru sərhədlərinin açılması ilə bağlı danışıqlar 2024-cü il ərzində davam edib və nəticədə Avstriya qeyri-qanuni mühacir axını risklərinin azaldığını etiraf edib.

Əvvəlcə Avropa Komissiyası bildirmişdi ki, hər iki ölkə Şengen zonasının bütün tələblərinə uyğun gəlir. Bu meyarlar, o cümlədən, xarici sərhədlərə nəzarət, qonşularla polis əməkdaşlığı və Şengen İnformasiya Sistemindən istifadəyə aid məsələləri əhatə edir.

1985-ci ildə yaradılan Şengen zonası 400 milyon insana sərhəd yoxlaması olmadan Avropada sərbəst hərəkət və səyahət imkanı verir.

Xəbər lenti

Xəbər lenti