...

Moldova NATO ilə tərəfdaşlıq proqramını təsdiqləyib

Dünya xəbərləri Materials 29 Yanvar 2025 18:38 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Moldova hökuməti 2025-2028-ci illər ərzində NATO ilə fərdi tərəfdaşlıq proqramını təsdiqləyib.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Moldovanın xarici işlər naziri və baş nazir müavini Mixay Popşoy açıqlama verib.

“Moldova milli səviyyədə kompleks yanaşma yolu ilə hibrid çağırışların qarşısının alınması və onlara qarşı cavab tədbirlərinə hazır olmalıdır. Eyni zamanda Moldova və NATO ümumi təhlükəsizlik çağırışları ilə mübarizədə əməkdaşlığı genişləndirəcəklər”, - deyə XİN rəhbəri bildirib.

Hökumət iclasında proqramın təfərrüatlarından danışan Popşoy bildirib ki, sənəddə bir sıra strateji hədəflərə nail olunması, o cümlədən təhlükəsizliklə bağlı məlumatlılıq səviyyəsinin artırılması məqsədilə siyasi dialoqun dərinləşdirilməsi və praktiki əməkdaşlıq nəzərdə tutulur.

Moldova eyni zamanda, öz müdafiə və təhlükəsizlik institutlarında Avroatlantik standartları tətbiq etməklə öz müdafiə potensialını gücləndirmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti