...

Donald Tramp BRİKS ölkələrinə xəbərdarlıq etdi

Dünya xəbərləri Materials 31 Yanvar 2025 06:42 (UTC +04:00)
Donald Tramp BRİKS ölkələrinə xəbərdarlıq etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp BRİKS ölkələrinin qlobal ticarətdə ABŞ dollarına alternativ valyuta yaratmaq cəhdlərinə qarşı sərt mövqe nümayiş etdirib.

Trend xəbər verir ki, Tramp BRİKS-in belə bir addım atacağı təqdirdə bu ölkələrə 100% idxal rüsumları tətbiq ediləcəyini bəyan edib.

Truth Social platformasında paylaşım edən Tramp bildirib ki, ABŞ bu ölkələrdən tələb edəcək ki, yeni BRİKS valyutası yaratmasınlar və ya dolları əvəz etmək üçün başqa valyutaya dəstək verməsinlər. Əks halda, onlar 100% tariflərə məruz qalacaq və ABŞ bazarında məhsul satmaq imkanlarını itirəcəklər.

Tramp vurğulayıb ki, BRİKS ölkələrinin dollardan uzaqlaşmağa çalışması ideyası artıq bitdi.

"Onlar gedib başqa əmici ölkə tapa bilərlər. BRİKS-in nə beynəlxalq ticarətdə, nə də başqa yerdə ABŞ dollarını əvəz etmə şansı yoxdur. Bunu etməyə cəhd edən istənilən ölkə 'Salam, tariflər və əlvida, Amerika' deməlidir", – deyə ABŞ prezidenti yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti