Bakı. Trend:
Yeni direktor Con Retkliffin başçılığı altında ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) əməkdaşların sayında kütləvi ixtisar aparılacaq.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, artıq bir çox əməkdaşlara, o cümlədən şöbə rəhbərlərinə könüllü şəkildə istefa ərizələrini təqdim etmələri və ya səkkiz aylıq əmək haqqının öncədən verilməsi ilə əmək təqaüdünə çıxmaları təklif olunub.
Bu ABŞ prezidenti Donald Trampın administrasiyasının bir sıra federal strukturlarda islahatlar aparması fonunda baş verir.
Tramp Amerikanın kəşfiyyat xidmətlərinin fəaliyyətini çoxdan tənqid edir və onun Mərkəzi Kəşfiyyat İdarəsinə təzə direktor təyin etdiyi Retkliff qurumda böyük dəyişiklikər etməyə söz verib