...

Tramp aviasiya təhlükəsizliyi sisteminə yenidən baxılmasını təklif edib

Dünya xəbərləri Materials 6 Fevral 2025 23:55 (UTC +04:00)
Tramp aviasiya təhlükəsizliyi sisteminə yenidən baxılmasını təklif edib

Bakı. Trend:

Vaşinqton yaxınlığında baş verən son təyyarə qəzasından sonra ABŞ Prezidenti Donald Tramp Konqresə ölkənin hava hərəkətinə nəzarət sisteminə yenidən baxılması üçün qanun layihəsi təqdim etmək niyyətindədir.

Trend xəbər verir ki, bu barədə Tramp cümə axşamı Kapitolidə Milli Dua Səhər yeməyində yanvarın 30-da baş vermiş təyyarə qəzasını şərh edərkən bildirib.

“Bizim daha yaxşı avadanlıqlarımız olmalı idi. Nədənsə onlar (toqquşan təyyarə və helikopter) tam komplektləşməmiş olub. Məncə, helikopter yüksəkdə idi və biz dəqiq nə baş verdiyini öyrənəcəyik. Biz dispetçer məntəqələrimiz üçün əla kompüterləşdirilmiş sistem yaratmağa hazırlaşırıq. Tam yeni sistem olacaq, daha parça-parça yığılmış və köhnəlmiş sistem yox”, - o deyib.

Xatırladaq ki, ABŞ-nin paytaxtı Vaşinqtonda Ronald Reyqan Milli Hava Limanı yaxınlığında "American Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi ilə ABŞ ordusuna aid "Black Hawk" hərbi helikopterinin havada toqquşması nəticəsində 67 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti