Bakı. Trend:
Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Britaniya XİN məlumat yayıb.
Məlumata görə, səfirin XİN-ə çağırılması Britaniyanın rusiyalı diplomatın akkreditasiyasını ləğv etməsi ilə əlaqəli olub.
"Biz Rusiya səfiri Andrey Kelini yüksək vəzifəli Britaniya rəsmisi ilə görüşə çağırdıq ki, rusiyalı diplomata verilmiş akkreditasiyanı ləğv edək", – Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.