Bakı. Trend:
Məktəbdə dərsin başlama vaxtını məktəb rəhbərliyi və valideynlər müəyyən edə bilərlər.
Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev brifinqdə çıxışı zamanı deyib.
O qeyd edib ki, dərsin başlama saatını dəyişdirmək üçün nazirliyə gərək yoxdur.
"Məsələn kənd yeridir. Dərsin 8-də yox 9-da başlamasını hamı istəyirsə dəyişə bilərlər. Burada problem yoxdur. Bakıda problem nədədir? Burada dərslə-işə getmək arasında əlaqə var. Bir çox valideyn uşağını məktəbə qoyur sonra işə gedir. O səbəbdən məktəb bəzi yerlərdə 8:00-8:30-da başlayır. Əgər bu uzlaşmanı tənzimləyə biliriksə, niyə də saatları dəyişməyək. Amma hazırda bu prosess necə olacaq, onu başa düşməliyik”, - o bildirib.