Bakı. Trend:
“Azerspace-1” telekommunikasiya peykinin orbitdə sığortalanması üçün sığortaçı seçib.
Trend-in əldə etdiyi məlumata görə, artıq bununla bağlı Azərbaycan Respublikasının Kosmik Agentliyində ("Azərkosmos") müvafiq işlərə yekun vurulub.
Agentlik peykin bir illik orbitdə sığortalanmasını “Qala Sığorta” Açıq Səhmdar Cəmiyyətinə (ASC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, ASC-yə 1,4 milyon manat ödənilib.
Qeyd edək ki, müqavilə müddəti bir ildir. Bu müddət 2025-ci ilin fevralın 1-dən 2026-ci ilin fevralın 1-nə qədər olan dövrü əhatə edir. Sığorta olunacaq əmlakın dəyəri 53 milyon ABŞ dollarıdır.