Bakı. Trend:
Bakı şəhərində “rəqəmsal məktəb” layihəsi tətbiq edilməyə başlayacaq.
Trend xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev bu gün təşkil edilən brifinqdə deyib.
O bildirib ki, bu layihə ilə insanlar öz övladının dərsini, qiymətini, müəllimlərini görə biləcək.
“Burada hərənin özünə aid məlumatları toplanacaq. Valideyn kabinetində qiymətlər, övladının nizam-intizam qaydalarına uyması qeyd ediləcək. Eyni zamanda valideynlər dərsləri izələyə və qiymətləndirmə edə biləcək. Növbəti tədris ilində məktəblərdə jurnallar onlayn platformada olacaq” - deyə o əlavə edib.
Nazir həmçinin qeyd edib ki, növbəti tədris ilində məktəblərdə jurnallar onlayn platformada olacaq.