...

“Politico” demokratların xeyrinə yazılara görə USAID-dən 8 milyon alıb - Tramp

Dünya xəbərləri Materials 6 Fevral 2025 17:38 (UTC +04:00)
“Politico” demokratların xeyrinə yazılara görə USAID-dən 8 milyon alıb - Tramp
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Politico” qəzeti ABŞ-nin Demokratlar partiyasının xeyrinə məqalələrin dərc olunmasına görə USAID-dən 8 milyon dollar alıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, belə bir iddianı ABŞ prezidenti Donald Tramp səsləndirib.

“Görünən odur ki, USAID və başqa agentliklərdə milyardlarla dollar talan olunub və bu vəsaitlərin çoxu demokratlar barədə gözəl hekayələrin yazılması üçün “feyk” KİV-lərin “satın alınmasına” sərf olunub. “Politico” adı altında tanınan solçu qəzet, səhv etmirəmsə 8 milyon dollar alıb”, - Tramp qeyd edib.

Prezident əlavə edib ki, bu tarixin böyük qalmaqalına çevrilə bilər və demokratlar bundan yaxa qurtara bilməyəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti