...

Bu il İZİA-nın idarəçiliyində olan sənaye zonalarında 10-a yaxın müəssisənin fəaliyyətə başlaması planlaşdırılır - Seymur Adıgözəlov

İqtisadiyyat Materials 6 Fevral 2025 10:16 (UTC +04:00)
Bu il İZİA-nın idarəçiliyində olan sənaye zonalarında 10-a yaxın müəssisənin fəaliyyətə başlaması planlaşdırılır - Seymur Adıgözəlov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında 10-a yaxın müəssisənin fəaliyyətə başlaması planlaşdırılır.

Trend xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu müəssisələr innovativ inşaat materiallarının, tütün məmulatlarının, yük avtomobillərinin və s. məhsulların istehsalı ilə məşğul olacaqlar:

"Fəaliyyətə başlayacaq müəssisələr tərəfindən təqribən 1000-ə yaxın daimi iş yerinin yaradılması planlaşdırılır.

Bundan başqa, məlum olduğu kimi, dövlət başçısının 2024-cü il 12 iyun tarixli fərmanı ilə Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkı yaradıldı. Hacıqabul Sənaye Məhəlləsinin Parka çevrilməsinin ən mühüm məqsədi sahibkarların bu zonaya maraq dairəsinin yüksək olmasıdır".

"Daha əvvəl Sənaye Məhəlləsinin üzvü kimi qeydiyyatdan keçən sahibkarların, Parkın iştirakçısı kimi qeydiyyatın aparılması işləri tamamlanıb. Hazırda 8 sahibkar rezident, 2 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib", - S.Adıgözəlov qeyd edib.

Xəbər lenti

Xəbər lenti