...

Emin Əmrullayev “Kenquru” olimpiadasının keçirilməsi üçün ödənilən məbləğdən danışdı

Cəmiyyət Materials 6 Fevral 2025 17:15 (UTC +04:00)
Emin Əmrullayev “Kenquru” olimpiadasının keçirilməsi üçün ödənilən məbləğdən danışdı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda Təhsil İnstitutunun “Kenquru” Beynəlxalq Riyaziyyat Olimpiyadasının keçirilməsi üçün ödədiyi illik məbləğ 150 avrodur.

Trend xəbər verir ki, bu sözləri Elm və Təhsil naziri Emin Əmrullayev bu gün təşkil edilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir qeyd edib ki, burada Fransa şirkətinə külli miqdarda pul köçürülür ifadəsi absurddur.

“Bu olimpiadaları keçirən təşkilatın təkcə adı Fransızcadır. Yəni Fransız şirkəti demək doğru deyil. Çünki dünyada olan bir çox beynəlxalq təşkilatların adı fransızcadır”- deyə nazir əlavə edib.

Qeyd edək ki, daha öncə bəzi KİV-lərdə "Kenquru" olimpiadasının Fransa şirkətinə məxsus olduğu və bu şirkətə Azərbaycan məktəblərindən milyonlarla pul ödədildiyi barədə iddialar yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti