Bakı. Trend:
Sabirabad Pilot Aqroparkın ərazisi 7544 hektar təşkil edir. Hazırda 8 sahibkarlıq subyektinə Aqroparkın rezidentliyi statusu verilib. Rezidentlər tərəfindən 4100 ha sahədə əkin işləri görülüb.
Trend xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, indiyədək görülən işlərə 22,4 milyon manat investisiya yatırılıb, 98 daimi, 397 mövsümi iş yeri yaradılıb:
"Aqroparkda müasir suvarma sistemlərinin tətbiqi ilə meyvəçilik (zeytun, nar), toxumçuluq (buğda, arpa), heyvandarlıq, taxılçılıq və pambıqçılıq təsərrüfatlarının yaradılması istiqamətində işlər aparılır.
Artıq Aqroparkın ərazisi tam olaraq sahibkarların istifadəsinə verilib".