Ağcabədi. Trend:
Ağcabədi rayonunda Yuxarı Qarabağ kanalında suda batması ehtimal olunan gəncin axtarış tədbirlərinin effektivliyi məqsədilə Yuxarı Qarabağ kanalında suyun səviyyəsi aşağı endirilib.
Trend xəbər verir ki, FHN Aran Dalğıc Qrupu axtarış əməliyyatlarını davam etdirir.
xxx
11:08
Ağcabədidə 17 yaşlı yeniyetmə kanalda batıb.
Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə Yuxarı Qarabağ Kanalının rayonun Xocavənd kəndi ərazisindən keçən hissəsində baş verib.
Kənd sakini 2008-ci il təvəllüdlü Həsənov Adil Əkbər kanalda baxtmasına dair əsaslı şübhələr olduğundan hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda axtarışlar davam etdirilir.