Bakı. Trend:
SOCAR-ın prezidenti Rövşən Nəcəf Rusiya Federasiyasının Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı SOCAR ilə Tatarıstanın “Tatneft” Publik Səhmdar Cəmiyyəti (PSC) arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, iki şirkət arasında birgə reallaşdırılan layihələrin önəmi qeyd olunub.
Görüşdə Tatarıstan nümayəndə heyətində təmsil olunan şirkətlərin fəaliyyət sahələrinə dair məlumatlar təqdim edilib. SOCAR ilə Tatarıstan şirkətləri arasında əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.