...

Türkiyədə bu insanlara ümumilikdə 250 mindən çox ev veriləcək

Dünya xəbərləri Materials 6 Fevral 2025 11:23 (UTC +04:00)
Türkiyədə bu insanlara ümumilikdə 250 mindən çox ev veriləcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə hökuməti 6 fevral 2023-cü ildə baş vermiş dağıdıcı zəlzələnin baş verdiyi cənub-şərq bölgəsində 251 mindən çox evin inşasını bu ilin sonuna kimi yekunlaşdırmağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə Türkiyənin ekologiya və şəhərsalma naziri Murat Kurum açıqlayıb.

Onun sözlərinə görə, zəlzələnin baş verdiyi bölgədə aparılan bərpa və yenidənqurma işləri çərçivəsində 453 minə yaxın yaşayış obyekti və infstruktur inşa olunacaq.

“Biz sanki zəlzələ bölgəsində yeni bir ölkə qururuq. İlin sonuna kimi 251,4 min yaşayış obyektini təhvil verəcəyik; ümumilikdə regionda aparılan bərpa layihəsi çərçivəsində bizim vətəndaşlara 452,9 min tikili təqdim olunacaq”, - deyə o bildirib.

Xatırladaq ki, 2023-cü ildə episentri Kahramanmaraş olmuş 7,7 və 7,6 maqnitudalı zəlzələlər nəticəsində 34 mindən çox bina dağılıb, 200 mindən çox binaya ziyan dəyib. Təbii fəlakət 53,5 min insanın həyatına son qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti