...

Bu il Hacıqabul Sənaye Parkında avtomobil istehsalı müəssisəsi fəaliyyətə başlayacaq

İqtisadiyyat Materials 6 Fevral 2025 11:04 (UTC +04:00)
Bu il Hacıqabul Sənaye Parkında avtomobil istehsalı müəssisəsi fəaliyyətə başlayacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Hacıqabul Sənaye Parkında avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodunun qurulması istiqamətində işlər davam etdirilir.

Trend xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, tikinti işləri sürətlə gedir, işlərin cari ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur:

"Müəssisənin 2025-ci ilin sonlarında fəaliyyətə başlamasını planaşdırırıq. Layihənin investisiya dəyəri 88 milyon manatdır".

"Zavodun illik istehsal gücünün 30 min ədəd avtomobil olacağı nəzərdə tutulur. Müəssisədə 1200-dən çox iş yeri yaradılacaq", - S.Adıgözəlov vurğulayıb.

Qeyd edək ki, 2023-cü ilin mayında Özbəkistan və Azərbaycan şirkətləri tərəfindən inşa ediləcək Hacıqabul Sənaye Parkında avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodunun təməli qoyulub.

Xəbər lenti

Xəbər lenti