...

SOCAR "Crescent Petroleum" şirkəti ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

Energetika Materials 6 Fevral 2025 14:40 (UTC +04:00)
SOCAR "Crescent Petroleum" şirkəti ilə əməkdaşlıq imkanlarını dəyərləndirib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Crescent Petroleum" şirkəti arasında enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlıq imkanları dəyərləndirilib.

Bu barədə Trend-ə SOCAR-dan məlumat verilib.

Qeyd olunub ki, bu, SOCAR prezidenti Rövşən Nəcəfin "Crescent Petroleum" şirkətinin baş icraçı direktoru Məcid Cəfər ilə görüşü zamanı baş tutub.

Bildirilib ki, görüşdə "Crescent Petroleum" şirkətinin fəaliyyəti barədə məlumat verilib.

Vurğulanıb ki, şirkətlər arasında enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Eyni zamanda tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti