...

Biznes kreditlərinə görə subsidiya verilməsi müddəti artırılıb - FƏRMAN

Siyasət Materials 6 Fevral 2025 15:58 (UTC +04:00)
Biznes kreditlərinə görə subsidiya verilməsi müddəti artırılıb - FƏRMAN
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 29 noyabr 2017-ci il tarixli və “İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 1 may 2018-ci il tarixli fərmanlarına dəyişiklik edilib.

Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanda sahibkarların 2018-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-nə qədər banklardan manatla aldığı kreditlərə hesablanmış faizlərə görə subsidiya veriləcək. İndiyə qədər subsidiyanın verilmə müddəti ötən ilin sonuna qədər alınış kreditləri əhatə edirdi.

Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti