Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasının bir sıra regionlarında yerləşən təcili tibbi yardım geolokasiyaları yenilənəcək.
Trend-in əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidmətində müvafiq işlərə yekun vurulub.
Belə ki, muxtar respublikanın regionlarında yerləşən 32 ədəd təcili tibbi yardım geolokasiyalarının təchizatının gücləndirilməsinə dair mallar satın alınacaq.
Qurum sözügedən işlərin icrasını “Azəri Med” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, QSC-yə 1,7 milyon manat ödənilib.