Bakı. Trend:
İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) tərəfindən hazırda 20-yə yaxın yeni layihə nəzərdən keçirilir.
Bu sözləri Trend-in müxbirinin sualına cavab olaraq İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, sənaye zonaları ölkəmizdə sahibkarların investisiya layihələrini həyata keçirmələri üçün əlverişli məkanlardır:
"Təbii olaraq sahibkarlar tərəfindən sənaye zonalarına, xüsusən də işğalda azad edilmiş ərazilərdə yaraılmış sənaye parklarına marağı yüksəkdir. Agentlik tərəfindən sahibkarların sənaye zonalarına cəlb edilməsi istiqamətində mütəmadi işlər aparılır".
"Hazırda Agentlik tərəfindən baxılmada olan 20-yə yaxın layihə əsasən əczaçılıq və qida məhsullarının istehsalı, mebel klasterinin yaradılması, avtomobil istehsalı və s istiqamətlərdir", - deyə o vurğulayıb.