...

Azərbaycan tərəvəz və meyvələrin emal məhsulları ixracından 37 milyon dollar qazanıb

İqtisadiyyat Materials 6 Fevral 2025 12:44 (UTC +04:00)
Azərbaycan tərəvəz və meyvələrin emal məhsulları ixracından 37 milyon dollar qazanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycandan 37,1 milyon ABŞ dolları dəyərində 25,6 min ton tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə dəyər baxımından 3,3 milyon ABŞ dolları və ya 9,7% çox, həcm ifadəsində isə 410 ton və ya 1,6% azdır.

Hesabat dövründə tərəvəz və meyvələrin emal məhsulları ixrac ölkənin ümumi ixracının 0,14%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 1,11%-ni təşkil edib.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycan xarici ölkələrlə (180 ölkə) 47,6 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2023-cü ilə nisbətən 3,6 milyard ABŞ dolları və ya 7% azdır. Xarici ticarət dövriyyəsinin 26,5 milyard ABŞ dolları ixracın, 2,6 milyard ABŞ dolları isə idxalın payına düşüb.

Son 1 ildə ixrac 7,3 milyard ABŞ dolları və ya 21,7% azalıb, idxal isə 3,8 milyard ABŞ dolları və ya 21,8% artıb. Nəticə etibarilə xarici ticarətdə 5,5 milyard ABŞ dolları həcmində müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti