...

Ucarda məktəbli sinif yoldaşına bıçaqla xəsarət yetirdi

Hadisə Materials 6 Fevral 2025 11:05 (UTC +04:00)
Ucarda məktəbli sinif yoldaşına bıçaqla xəsarət yetirdi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ucarda məktəbli sinif yoldaşına xəsarət yetirib.

Trend xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib.

Məlumata görə, Rəstəcə kənd tam orta məktəbin 9 -cı sinif şagirdi, 2009-cu il təvəllüdlü M. H. ilə sinif yoldaşı Q.H. arasında mübahisə dava ilə nəticələnib. Məktəbli sinif yoldaşına bıçaqla xəsarət yetirib.

Xəsarət alan şagird Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin yardım göstərildikdən sonra Göyçay rayon xəstəxanasına aparılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti