Bakı. Trend:
Cari İran ilinin 10 ayı (20 mart 2024 -19 yanvar 2025) ərzində İranın Azərbaycandan məhsul idxalı ötən ilin analoji dövrü ilə (21 mart 2023 -20 yanvar 2024) müqayisədə dəyər baxımından 31,6%, çəki baxımından 33,1% azalıb.
Bu barədə Trend İranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumat verib.
Statistikaya əsasən, 10 ay (20 mart 2024 -19 yanvar 2025) ərzində İranın Azərbaycandan məhsul idxalı təxminən 27,1 milyon dollar dəyərində 10,9 min ton təşkil edib.
Statistikada bildirilir ki, ötən ilin analoji dövründə (21 mart 2023 -20 yanvar 2024) İran Azərbaycandan 39,6 milyon dollar dəyərində 16,3 min ton məhsul idxal edib.
Statistikada qeyd olunur ki, İran Azərbaycandan müxtəlif avadanlıqlar, sıxılmış soya, müxtəlif növ profillər və sairə məhsullar idxal edib.
Statistikada qeyd olunur ki, 10 ayda İran və Azərbaycan arasında ticarət dövriyyəsi 600 milyon dollar dəyərində 738 min ton təşkil edib.
Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, İranın qeyri-neft məhsul idxalı 56 milyard dollar dəyərində təxminən 30,8 milyon ton təşkil edib. 10 ay ərzində İranın qeyri-neft məhsul idxalı ötən ilin müqayisədə dəyər baxımından 3% artıb, çəki baxımından 3% azalıb.