...

Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 2 dəfəyə yaxın artıb

İqtisadiyyat Materials 6 Fevral 2025 16:03 (UTC +04:00)
Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 2 dəfəyə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 1,7 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 848,8 milyon ABŞ dolları və ya 1,9 dəfə çoxdur.

Hesabat dövründə Amerika Birləşmiş Ştatları ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 3,63%-i həcmində olub.

Ötən il Azərbaycan Birləşmiş Ştatlara 135 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da 2023-cü ildəki göstəriciyə nisbətən 119 milyon ABŞ dolları və ya 8,4 dəfə çoxdur.

2024-cü ildə Azərbaycan ABŞ-dən məhsul idxalını illik müqayisədə 729,7 milyon ABŞ dolları və ya 1,8 dəfə artıraraq 1,6 milyard ABŞ dollarına çatdırıb. Dövr ərzində Amerika ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 7,68%-ni təşkil edib.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycan xarici ölkələrlə (180 ölkə) 47,6 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Məlumata görə, bu, 2023-cü ilə nisbətən 3,6 milyard ABŞ dolları və ya 7% azdır.

Xarici ticarət dövriyyəsinin 26,5 milyard ABŞ dolları ixracın, 2,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,3 milyard ABŞ dolları və ya 21,7% azalıb, idxal isə 3,8 milyard ABŞ dolları və ya 21,8% artıb. Nəticə etibarilə xarici ticarətdə 5,5 milyard ABŞ dolları həcmində müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti