...

Səbail rayonunda dələduzluq edən şəxsi polis saxladı

Gündəm Materials 6 Fevral 2025 15:25 (UTC +04:00)
Səbail rayonunda dələduzluq edən şəxsi polis saxladı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Səbail rayonu ərazisində bir nəfəri aldadaraq hesabına 6000 manat ödətdirən şəxslə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 28 yaşlı M.Xəlilov müəyyən olunaraq saxlanılıb.

Nərimanov rayonu ərazisində də dələduzluq yolu ilə paytaxt sakininin maddi vəsaitini ələ keçirən 31 yaşlı İ.Alışov müəyyən olunaraq saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti