...

MSK sədri müraciətlərin vəziyyəti barədə məlumatların toplanmasına dair tapşırıq verib

Siyasət Materials 6 Fevral 2025 17:07 (UTC +04:00)
MSK sədri müraciətlərin vəziyyəti barədə məlumatların toplanmasına dair tapşırıq verib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dairələrin seçki komissiyalarına 12 müraciət daxil olub, 8-nə baxılıb, 4-ü isə baxılma mərhələsindədir.

Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında deyib.

MSK-nın katibi Arifə Muxtarova isə bildirib ki, MSK-dan dairə seçki komissiyalarına 19 müraciət göndərilib.

MSK sədri Məzahir Pənahov tapşırıq verib ki, müraciətlərin hazırkı vəziyyəti barədə məlumat toplanılsın.

“Əlimizdə statistik məlumat olsun ki, dairələrə neçə müraciət daxil olub, MSK-dan dairələrə neçə müraciət göndərilib, onların neçəsi araşdırılıb və s. Bütün bu məsələlər barədə informasiyalar əldə edin”.

Qeyd edək ki, yanvarın 29-u saat 19:00-da Azərbaycanda bələdiyyə seçkilərində səsvermə başa çatıb. Saat 19:00-a olan məlumata əsasən, bələdiyyə seçkilərində 1 874 810 seçici səsvermə hüququndan istifadə edib, seçici fəallığı 31,45 % olub.

Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti