...

“İpək yolu” gömrük postunda saxta aksiz markası və nişanlar aşkarlanıb

Cəmiyyət Materials 6 Fevral 2025 19:19 (UTC +04:00)
“İpək yolu” gömrük postunda saxta aksiz markası və nişanlar aşkarlanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük postunda Türkiyədən idxal olunan yüklərə gömrük yoxlaması tətbiq edilib.

Bu barədə Trend-ə Azərbaycan Dövlət Gömrük Komitəsindən bildirilib.

Qeyd olunub ki, yoxlama zamanı alkoqollu içkilərə aid olan və gömrük orqanına bəyan edilməyən 1 litrlik üçün 30 000 ədəd, 0,75 litrlik üçün 125 000 ədəd, 0,5 litrlik üçün 55 000 ədəd, 0,25 litrlik üçün 290 000 ədəd olmaqla, cəmi 500 000 ədəd saxta aksiz markası və 49 900 ədəd nişanlar (QR kodlar) aşkar olunaraq götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti