...

Virciniyada 2 Fevral – Azərbaycan Gəncləri Günü qeyd olunub

Cəmiyyət Materials 6 Fevral 2025 10:12 (UTC +04:00)
Virciniyada 2 Fevral – Azərbaycan Gəncləri Günü qeyd olunub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Virciniya ştatında fəaliyyət göstərən Azərbaycan Evində 2 Fevral – Azərbaycan Gəncləri Günü qeyd olunub.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, tədbirdə ABŞ-nin müxtəlif universitetlərinin tələbələri, ölkəyə yeni gələn, həmçinin uzun illər ABŞ-də yaşayan gənc soydaşlarımız iştirak edib.

Tədbirdə yeni yaradılmış CAN Könüllülük və İnkişaf platformasının təqdimatı keçirilib. Gənclərin şəbəkələşməsi, diasporumuzun gücləndirilməsi istiqamətində görüləcək işlər müzakirə edilib, təcrübə mübadiləsi aparılıb. Bundan başqa, gənclərin ehtiyacları dinlənilib və təmin olunması yolları diqqətə çatdırılıb.

Azərbaycan Evinin koordinatoru Nigar İbrahimova gənclərlə iş sahəsində maraqlı olduqlarını vurğulayıb.

"Bu tədbir, Azərbaycan gənclərinin güclənməsi və icmamızın birliyinin möhkəmləndirilməsi üçün atılmış mühüm addımdır. Gənclərimizin enerjisi və ambisiyası diasporumuzun gələcəyini formalaşdırır",- deyə Azərbaycan Evinin qurucusu Sevda Tahirli bildirib.

Görüşdə müxtəlif oyunlar keçirilib, mətbəx nümunələrimiz təqdim olunub, milli musiqilərimiz səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti