Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan əmlak satışa çıxarılır.
Bu barədə Trend Dövlət Xidmətindən məlumat əldə edib.
Məlumata görə, hərraca çıxarılacaq əmlakın start qiyməti 455 min manat, beh məbləği isə 22 750 manat müəyyənləşdirilib.
Hərracın fevralın 18-də keçirilməsi nəzərdə tutulub.
Hərraca çıxarılacaq "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan əmlak haqqında məlumatı təqdim edirik:
lot |
Daşınmaz əmlakın adı |
Ünvan |
Daşınmaz əmlakın ümumi sahəsi (kv.m) |
Torpaq sahəsinin olçüsü (hektarla) |
Start qiyməti (manatla) |
Beh məbləği (manatla) |
1 |
Mənzil |
Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 1/4, mənzil 2 |
83.55 |
455000 |
22750 |
|
Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 1/4, mənzil 17 |
20 |
|||||
Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 1/4, mənzil 18 |
64.1 |
|||||