Bakı. Trend:
Türkiyə 2025-cü ilin yanvar ayında Azərbaycana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,1 faiz azalaraq 3 milyon 313 min 81 dollara çatdırıb.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2025 - yanvar 2024) Türkiyə 4 milyon 309 min 220 dollar məbləğində sement ixrac edib.
Qeyd edək ki, 2025-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına sement ixracı 2024-ci ilin eyni ayı ilə müqayisədə 1 faiz azalaraq, 319 min 85 dollara bərabər olub.
Keçən ilin yanvar-dekabr aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 6,2 faiz azalaraq, 4 milyard 314 milyon 179 min dollara bərabər olub.