Bakı. Trend:
Dərin dövlətin təlimatlarını yerinə yetirən konkret səfirlər var. Buna bizim ölkədə birdəfəlik son qoyacağıq.
Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
“Öncəki illərlə müqayisədə bu gün heç kimin bizim daxili işlərimizə kobudcasına qarışmaq imkanı yoxdur. Qanunlar Gürcüstan parlamentində yazılır, qanunlar Gürcüstan hökuməti tərəfindən icra olunur”, -deyə Kobaxidze jurnalistlərə bildirib.
Kobaxidze konkret olaraq hansı ölkələrin səfirlərinin Gürcüstanın daxili işlərinə müdaxilə etməsini açıqlamayıb.