...

"Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında bugünədək görülmüş işlərə rezidentlər tərəfindən 29,6 milyon manatdan çox investisiya yatırılıb - Seymur Adıgözəlov

İqtisadiyyat Materials 6 Fevral 2025 10:20 (UTC +04:00)
"Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında bugünədək görülmüş işlərə rezidentlər tərəfindən 29,6 milyon manatdan çox investisiya yatırılıb - Seymur Adıgözəlov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında bugünədək görülmüş işlərə rezidentlər tərəfindən 29,6 milyon manatdan çox investisiya yatırılıb.

Trend xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının isə hazırda 16 rezidenti və 2 qeyri-rezidenti var:

"Bu 18 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkına ümumilikdə 130 milyon manatdan çox investisiyanın yatırılması, 1800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur".

"Bugünədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 29,6 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb. Parkın 30%-dən çox hissəsi sahibkarların istifadəsinə verilib", - deyə S.Adıgözəlov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti