...

Azərbaycanda araq və pivə istehsalı artıb

İqtisadiyyat Materials 6 Fevral 2025 17:28 (UTC +04:00)
Azərbaycanda araq və pivə istehsalı artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda araq istehsalı 1,6 milyon dekalitr təşkil edib.

Trend-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 237,5 min dekalitr və ya 16,7% çoxdur.

Yanvarın 1-nə olan məlumata görə, araq istehsalında ölkədə hazır məhsul ehtiyatı 164,7 min dekalitr təşkil edib.

2024-cü il ərzində Azərbaycanda pivə istehsalı isə 5,3 milyon dekalitr olub. Bu, bir il əvvələ nisbətən 55,4 min dekalitr və 1,1% çoxdur.

Bu ilin yanvarın 1-nə olan məlumata görə, pivə istehsalında Azərbaycanda hazır məhsul ehtiyatı 317,8 min dekalitr təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti