...

Bizim əsas işimiz hamıya diplom paylamaq deyil - Nazir

Cəmiyyət Materials 6 Fevral 2025 16:28 (UTC +04:00)
Bizim əsas işimiz hamıya diplom paylamaq deyil - Nazir
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bizim əsas işimiz ədalətliliyi təmin etməkdir, nəinki hamıya diplom paylamaq.

Trend xəbər verir ki, bu sözləri Elm və Təhsil naziri Emin Əmrullayev bu gün təşkil edilən brifinqdə Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının tələbələrinin diplomlarını ala bilməmələri məsələsinə münasibət bildirərkən deyib.

"Bir şəxs diplom alırsa, həmin təhsil müəssisəsində olmalı və tədris dilini bilməlidir. Diplomu vermək üçün əlimizdə kifayət qədər əsas olmalıdır. Buna görə bildirmək istəyirəm ki, diplomlarını ala bilməyənlər məhkəməyə müraciət edərək əsaslandıra bilərlər", - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti