...

Yaponiyanın Fukusima AES-in suyu boşaldılacaq

Dünya xəbərləri Materials 6 Fevral 2025 08:22 (UTC +04:00)

Bakı. Trend:

2011-ci ildə sunamidən ciddi zərər görən Yaponiyanın Fukusima AES-in rezervuarlarının boşaldılması fevralın 13-də başlayacaq.

Trend-in məlumatına görə, bu barədə reaktorun sahibi TEPCO şirkəti bəyanat yayıb. Bildirilib ki, hazırda AES-in anbarlarında soyutma üçün istifadə edilmiş 1,3 milyon ton su toplanıb. Soyuducu maye dəfələrlə təmizlənsə də hələ ki, okeana buraxılmayıb. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də suyun ətraf mühit üçün təhlükəsiz olduğunu bildirib.

Qeyd edək ki, Fukusima AES 11 mart 2011-ci ildə baş verən 9 ballıq zəlzələ nəticəsində yaranan sunami zamanı ciddi zədə alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti