Bakı. Trend:
Bu gün İranda qara bazarda 1 ABŞ dolları 857 min riala alqı-satqı olunub ki, bu da ölkə valyutasının dəyərini itirməkdə davam etdiyini göstərir.
Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.
Ötən gün İranda 1 ABŞ dolları 849 min rial təşkil edib.
Hazırda ölkədə 1 avronun dəyəri 893 min rialdır. Halbuki 1 avro ötən gün 882 min rial təşkil edib.
Qeyd edək ki, ABŞ və Qərb ölkələrinin İran əleyhinə iqtisadi sanksiyaları, inflyasiya və bir çox digər problemlər ölkədə iqtisadi vəziyyətin mürəkkəb olduğunu göstərir.
İran Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnəyə əsasən 1 ABŞ dolları 569 min rial, 1 avro isə 592 min rialdır.