...

Ötən ay Azərbaycana gələn turistlərin sayı 170 mini ötüb

İqtisadiyyat Materials 6 Fevral 2025 18:07 (UTC +04:00)
Ötən ay Azərbaycana gələn turistlərin sayı 170 mini ötüb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar ayında Azərbaycana səfər edən xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin sayı 172 min 653 nəfər olub.

Trend bu barədə Dövlət Turizm Agentliyindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə 4% və ya 6 min 785 nəfər çoxdur. 2023-cü ilin yanvarında Azərbaycana səfər edən xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin sayı 165 min 868 nəfər olub.

Ötən ay Azərbaycana Rusiyadan 41 min 490, Türkiyədən 31 min 632, Hindistandan 17 min 73 nəfər turist gəlib.

Bununla yanaşı, yanvar ayında Azərbaycana İrandan 15 min 87, Gürcüstandan 8 min 710, Səudiyyə Ərəbistandan 6 min 193, Qazaxıstandan 5 min 540, Birləşmiş Ərəb Əmirliklərindən 5 min 476, Pakistandan 5 min 270, Küveytdən 3 min 724, Özbəkistandan 2 min 978, Türkmənistandan 2 min 860, Çindən 2 min 603, Ukraynadan 2 min 438, İsraildən 2 min 33 nəfər turist gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti