Bakı. Trend:
2025-ci ilin yanvar ayında Türkiyədə baş verən ümumi qəza sayı 50 min 626 olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Baş Polis İdarəsindən məlumat verilib.
İdarədən verilən məlumata görə, yanvar ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 44 min 279, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 6 min 347 olub.
“Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananların sayı 27 min 747, vəfat edənlərin sayı isə 190 nəfər təşkil edib.” – deyə idarədən bildirilib.
Məlumata əsasən, ötən il Türkiyədə törədilən qəza sayı 623 min 148 olub. Avtomobillərin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 537 min 128, qeydiyyatda olduğu ərazidən kənarda törədilən qəzaların sayı isə 86 min 20 olub.
Qeyd edilən dövrdə, qeydiyyata alınan qəzalarda yaralanan vətəndaşların sayı 388 min 644, vəfat edənlərin sayı isə 2 min 713 nəfər təşkil edib.