...

Burundinin qərbində məktəbə ildırım düşməsi nəticəsində azı 3 nəfər ölüb

Dünya xəbərləri Materials 8 Fevral 2025 02:41 (UTC +04:00)
Burundinin qərbində məktəbə ildırım düşməsi nəticəsində azı 3 nəfər ölüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Burundinin qərbində bir məktəbə ildırım düşməsi nəticəsində azı 3 nəfər ölüb, 16 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Sinxua agentliyi xəbər yayıb. Hadisə Musiqati rayonunda baş verib. Rayon rəhbəri Yoahim Nduvumukama hadisə ilə bağlı bildirib ki, ildırım vuranların ümumi sayı 19 nəfərdir, onlardan 18-i məktəbli və bir müəllimdir.

"Üç uşaq yerindəcə ölüb, qalanları yaralanıb, əksəriyyətinin vəziyyəti ağırdır" - deyə o, agentliyə açıqlama verib.

İldırım dərs gününün ortasında baş verib və bütün zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Xəbər lenti

Xəbər lenti