...

Türkiyə ordusu Suriyanın şimalında 13 terrorçunu məhv edib

Dünya xəbərləri Materials 8 Fevral 2025 17:45 (UTC +04:00)
Türkiyə ordusu Suriyanın şimalında 13 terrorçunu məhv edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Milli Müdafiə Nazirliyi şənbə günü, fevralın 8-də 13 YPG terrorçusunun məhv edilməsi barədə məlumat yayıb.

Trend-in xəbərinə görə, Milli Müdafiə Nazirliyi qeyd edib ki, Suriyanın şimalında “Sülh bulağı” antiterror əməliyyatı aparılan ərazidə silahlıların hərəkəti aşkarlanıb.

Nazirlik terrorçuların yerləşdiyi ərazilərə endirilən hava zərbələrinin görüntülərini paylaşaraq bölgədə terror təhlükəsini tamamilə aradan qaldırmaq əzmində olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti