Bakı. Trend:
Şri-Lankada meymunun elektrik transformatoruna daxil olması nəticəsində ölkənin bütün ərazisində elektrik enerjisinin verilişi kəsilib.
Trend xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Energetika naziri Kumar Cayakodi, təqsirkarın meymun olduğunu açıqlayıb. O, meymunun elektrik transformatoruna daxil olması nəticəsində sistemdə disbalans yaranaraq, elektrik enerjisinin kəsilməsinə səbəb olduğunu bildirib.
Hazırda energetiklər elektrik enerjisini bərpa etmək üçün çalışır və bunun bir neçə saat ərzində mümkün olacağı gözlənilir. O zamana qədər ölkənin tibb və sənaye müəssisələrində generatorlardan istifadə edilir.