Bakı. Trend:
G7 ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) xarici işlər nazirlərinin növbəti görüşü 12-14 mart tarixlərində Kanadanın Kvebek əyalətində yerləşən Şarlevua şəhərində keçiriləcək.
Trend xəbər verir ki, bu barədə G7 XİN başçılarının qeyri-rəsmi görüşünün yekunlarına dair bəyanatda bildirilib.
Xatırladaq ki, Kanada 2025-ci ildə G7-yə sədrlik edəcək.
Şarlevua şəhəri daha əvvəl, 2018-ci ildə G7 sammitinə ev sahibliyi edib.